Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları konfransı öz işinə başlayıb
25.11.10 02:47

Bu gün Bakıda 16-cı Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları konfransı öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, 16 illik tarixə malik olan bu konfrans hər il dünya ictimaiyyətinin diqqətini cəlb edən İKT forumu hesab olunur. “Son bir-neçə ildə sərgi-konfransın açılış mərasimində Azərbaycan prezidentinin işrirakı onu göstərir ki, ölkə rəhbərliyi bu prosesə ciddi önəm verir. Bu ilki konfrans isə öz layihələrinin həm sayca, həm də məzmunca çoxluğu ilə, həmçinin iştirakçı ölkələrin çoxluğu ilə əvvəlki illərdən fərqlənir”,-deyə Ə.Abbasov vurğulayıb. Konfransda BMT-nin Azərbaycanda resident əlaqələndiricisi Fikrət Akçuira isə bildirib ki, hazırda dünyada İKT sektorunun inkişafı texnoloji yenilikdə inqilabi həddə çatıb, O, bunu təqdirə layiq hal kimi dəyərləndirib. “Azərbaycan da bu kimi tədbirlərə üstünlük verməklə bu inkişafın yüksək nöqtələrində durur”,-deyə F.Akçuira fikirini açıqlayıb. Tədbirdə Beynəlxalq Telekomunikasiya İttifaqının nümayəndəsi Artur Levinin məruzəsi və ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin təqdimatı dinlənilib. Konfrans ekspertlərin çıxışı ilə öz işini noyabrın 26-a kimi davam etdirəcək.
URL / WWW
http://kelam.az/article/a-2383.html