Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “DQ münaqişəsinin tənzimlənməsində diplomatik resursları tükənmiş Ermənistan hərbi resurslardan geniş istifadə edir”
24.11.10 19:46

Hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində diplomatik resursları tükənmiş Ermənistan hərbi resurslardan geniş istifadə edir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Mübariz Əhmədoğlu şərh verib. O, qeyd edib ki, Ağdamdakı hərbi təlimlər və qoşunların təmas xəttində erməni hərbçilər arasında son zamanlar baş verən böyük insidentlər bu məqsədə xidmət edir. “ATƏT-in bundan əvəlki sammiti 11 il əvvəl-1999-cu ildə İstanbulda keçirildi. O zaman münaqişənin dinc yolla tənzimlənməsi ilə bağlı sənədin imzalanması gözlənirdi. 1999-cu ilin 27 oktyabrında Emənistan parlamentindəki gülləbaran bu sənədin imzalanmasının qarşısını aldı. Bir-birini öldürməkdən çəkinməyən, diplomatik resursları tükənmiş Ermənistan indi də bu metoddan istifadə etmək ərəfəsindədir. Məqsəd S.Sarkisyanın Astanaya, ATƏT sammitinə getməsinin və ya gedəcəyi təqdirdə sənəd imzalamasının qarşısını almaqdır. Yaxın günlərdə ermənilərin qoşunların təmas xəttində yenidən bir-birlərini öldürməsi və bunu Azərbaycanın adı ilə bağlaması istisna deyil”,-deyə politoloq vurğulayıb. M.Əhmədoğlu bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin hazırladığı, Azərbaycanın qəbul etdiyi sənədi Rusiya, ABŞ, Fransa və Azərbaycanın birgə sənədi kimi “Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsi üzrə Stepanakert/Xankəndi prinsipləri” adı ilə ATƏT-ə üzv ölkələrin hamısına və ya böyük əksəriyyətinə imzalatmaq faydalı olardı. “Bu DQ münaqişəsi ilə bağlı qərar qəbul edə bilməyən, münaqişənin hədsiz zəiflətdiyi Ermənistan üçün daha faydalıdır. Beynəlxalq ictimaiyyət hətta Ermənistanın iştirakı olmadan DQ münaqişəsini tənzimlənməsi ilə bağlı hüquqi qüvvəsi olan sənədin imzalanmasını təkid etməlidir”,-deyə eskpert əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2382.html