Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Sabah Milli Məclisdə Azərbaycanın “2010-cu ilin dövlət büdcəsi haqqında” Qanun layihəsi müzakirəsi başlayır
09.11.09 22:03

Sabah Milli Məclisinin plenar iclasında Azərbaycanın “2010-cu ilin dövlət büdcəsi haqqında” Qanun layihəsinin müzakirəsi başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Məclisin mətbuat xidmətindən veriblər. Dövlət büdcəsi layihəsi noyabrın 10-dan 13-dək Milli Məclisdə müzakirə ediləcək. Gələn ilki büdcənin gəlirləri 10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə kəsiri isə 1 249 mln. manat həcmində proqnozlaşdırılıb. Qeyd edək ki, 2010-cu ilin dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində nəzərdə tutulub. Xatırladaq ki, 2009-cu ilin büdcəsinə əsasən, gəlirlər 12 177 mln. manat, xərclər isə 12 355 mln. manat həcmində proqnozlaşdırılıb. Beləliklə, gələn ilin büdcəsində 2009-cu ilin büdcəsinə nisbətən gəlirlərin 17,8%, xərclərin isə 8,8% azalması müşahidə olunacağı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-238.html