Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » S.Seyidov İngiltərənin Hartford Universitetinin fəxri prezidenti H.Tonkinlə görüşüb
24.11.10 02:12

Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidov İngiltərənin Hartford Universitetinin fəxri prezidenti, professor Hampri Tonkinlə görüşüb. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə S.Seyidov ADU-da 25-27 noyabrda “Mədəniyyətlərarsı dialoq: Linqvistik pedaqoji və ədəbi aspektlər” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gələn Hampri Tonkinin bu beynəlxalq konfransa olan marağını yüksək qiymətləndirib. Universitetin beynəlxalq əlaqələrinə toxunan ADU-nun rektoru rəhbərlik etdiyi təhsil ocağında tədris olunan dillər haqqında qonağa məlumat verib. Dillərin mədəniyyətlərarası əlaqələrin genişlənməsində mühüm əhəmiyyətini vurğulayan S.Seyidov universitetdə mövcud olan Tərcümə və Filologiya fakültəsinin əsas istiqamətləri barədə də danışıb. Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin fəaliyyətindən söz açıb. H.Tonkin bu konfransın məhz fəlsəfi-sosioloji aspektlərə söykənərək mədəniyyətlərarası dialoqda mühüm rol oynadığını vurğulayıb. O, belə konfransların keçirilməsinin əlaqələrin qurulmasında vacib rol oynadığını bildirib.
URL / WWW
http://kelam.az/article/a-2377.html