Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » M.Əhmədoğlu: “Azərbaycan Ermənistana qarşı həm uzunmüddətli, həm də qısamüddətli mübarizəyə tam hazırdır”
24.11.10 02:10

Azərbaycan Ermənistana qarşı həm uzunmüddətli, həm də qısamüddətli mübarizəyə tam hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlaman bu gün keçirdiyi “Qarabağ saatı” adlı mətbuat konfransında Siyasi İnnovasiya və Texnalogiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, Ermənistanın getdikcə bütün dünyada siyasi mövqeyi sıfıra enir. M.Əhmədoğlu söyləyib ki, ilk olaraq Azərbaycanın Ermənistana qarşı uzunmüddətli fəaliyyətinin tərkib hissələri əsasən işğalçı ölkəni regional layihələrdən uzaqlaşdırılması prosesinin davam etdirilməsi, Naxçıvanın regional elektroenerji mərkəzinə çevrilməsi, muxtar respublikanın “mini ermənistana çevrilməsi və digər ermənistan iqtisadiyyatının ağırlıq mərkəzinin formalaşmasına imkan verilməməsi kimi təsvir edirik. “Yaxın müddətli mübarizənin isə iki istiqaməti var. Birinci diplomatik yolla Ermınistanın iflasını başa çatdırmaq. Ermınistanın bütün dünyanı aldatdığını tam olaraq dünyaya sübut etmək. İşğalçı dövlətin iri ölkələrin əlində oyuncaq olmasını hammıya göstərmək. Ermənistanın regional inteqrasiyasiyanın ən böyük maneəçi olmasını beynəlxalq aləmə bildirmək. Həm də Ermənistanın regional sabitlik üçün ən böyük təhlükə olduğunu regional güclərə inandırmaqdır”,-deyə M.Əhmədoğlu vurğulayıb. Politoloq həmçinin deyib ki, ikinci müharibə istiqmətidir ki, burada da Azərbaycanın hərbi sahədəki uğurları şəksizdir. Onun sözlərinə görə, BMT, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. “Bu qurumlar Ermənistana getdigcə işğal etdiyi Azərbaycan torpaqlarının qaytarılması istiqamətində təsirlərini daha da artırırlar.
URL / WWW
http://kelam.az/article/a-2376.html