Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BŞTİ ümumtəhsil müəssisələrində monitorinqə başlayır
23.11.10 03:22

Bu həftədən etibarən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ümumtəhsil müəssisələrində monitorinqə başlayır. Bu barədə məlumatı KƏLAMİNFO-ya BŞTİ-dən veriblər. Monitorinq zamanı məktəbli formasına keçidin vəziyyəti, məktəbin tərtibatı, sənədləşmə, məktəb ətrafının təmizliyi, şagirdlərin, xüsusən də yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti kimi məsələlərə ciddi fikir veriləcək. Reyd zamanı məktəbdaxili nəzarətin və tərbiyəvi işin təşkili, müəllimlərin dərsə hazırlıq vəziyyəti, o cümlədən iş proqramlarının və jurnalların doldurulması, gündəliklərin yazılması, müəyyən sinif otaqlarının, kabinetlərin tərtibatı kimi məsələlərə də ciddi nəzarət ediləcək. Reydlər mütəmadi olaraq, bəzən bir məktəbdə bir neçə gün olmaqla keçiriləcək. Qeyd edək ki, BŞTİ-nin keçirəcəyi budəfəki reydlərdə mətbuat nümayəndələrinin də iştirakı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-2374.html