Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mübariz Əhmədoğlu: “Serj Sarkisyan NATO sammitinə qatılmamaqla Qarabağla bağlı gözlənilən danışıqlardan yayındı”
23.11.10 02:22

Serj Sarkisyanın NATO-nun Lissabon sammitində iştirakdan imtina etməsini NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi ilə əlaqələndirməsi düzgün deyil. Ermənistan prezidenti Lissabona səfərdən imtina etməsi onun orada gözlənilən durumdan qorxması ilə xarakterizə olunur. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Politoloq hesab edir ki, bununla S.Sarkisyan oarada ATƏT Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa, Rusiya) prezidentləri ilə dialoqdan yayındı. “Son 2 ildə Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT MQ ölkələrinin prezidentləri ilə görüşü yalnız NATO sammitində ola bilərdi. Eləcə də qarşıdan gələn 2 il üçün də bu ehtimalı irəli sürmək olar. Çünki ATƏT-in Astana sammitində Rusiya və Fransa prezidentlərinin iştirakı gözlənilsə də, ABŞ prezidentinin iştirakı gözlənilmir. S.Sarkisyanın danışıq imutasiyası üçün üç prezidentin birlikdə olması ölümcül təhlükəlidir. Həmsədr ölkələrə ayrı-ayrılıqda yalan danışmaqla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yubatmaq ermənilərin istifadə etdiyi sınaqdan çıxmış metoddur. Ermənilər yenədə öz metodlarına sadiq qaldılar”,-deyə M.Əhmədoğlu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2371.html