Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək
22.11.10 20:22

Dekabrın 16-17-də Bakıda Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) birgə təşkilatçılığı ilə “Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərini bir-biri ilə birləşdirən ümumi və fərqli əlamətlərin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi və yox olmuş alətlərin bərpası, mühafizəsi, etnoorqanologiya problemləridir. Simpozium plenar və bölmə iclaslarından ibarət olacaq. Bölmələrin mövzuları simpoziumun proqramı hazırlanarkən formalaşdırılacaq. Simpoziumun rəsmi dilləri Azərbaycan, ingilis və rus dilləridir. toplantı başa çatdıqdan sonra məruzələrin məcmusunun nəşri nəzərdə tutulub. Simpoziumda TÜRKSOY-a üzv ölkələrin, eyni zamanda Amerika, Avropa və Asiyanın bir sıra alim və filosoflarının iştirakı nəzərdə tutulur. Dəvət olunmuş qonaqların simpoziumun vəzifələri ilə bağlı məqalələrlə çıxış edəcəkləri gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-2370.html