Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Portuqaliyaya gedib
20.11.10 03:12

Bu gün Prezident İlham Əliyev NATO-nun zirvə toplantısında iştirak etmək üçün Portuqaliyanın paytaxtı Lissabona səfərə yola düşüb. KƏLAMİNFO xəbər verir ki, Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Hava Limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar. NATO-nun sammiti noyabrın 19-20-si keçirilir. Portuqaliyanın paytaxtında Şimali Atlantika müqaviləsinin yeni strateji konsepsiyası təqdim olunacaq. NATO-ya üzv ölkələrin kollektiv təhlükəsizliyinin təminatı üzrə alyansın strateji məsələlərini ümumiləşdirən bu sənəd növbəti 10 ili əhatə edir. NATO-nun Lissabon sammitində 27 dövlət başçısının iştirakı planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-2368.html