Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mahmud Əhmədinejad Təzəpir məscid kompleksində olub
20.11.10 02:09

Bakıda səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad bu gün Təzəpir məscid kompleksində olub. KƏLAMİNFO xəbər verir ki, ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə qarşılayıb. Prezident Mahmud Əhmədinejad Təzəpir məscid kompleksi ilə tanış olub. Ona məlumat verilib ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb. Planda onun ilkin görkəminə qaytarılması məqsədi ilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapıb. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunub. Sonra Prezident Mahmud Əhmədinejad kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış olub. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında ali qonağa ətraflı məlumat verilib. Prezident Mahmud Əhmədinejad burada nümayiş olunan qədim kitablara baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Ali qonağa xatirə hədiyyələri təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-2366.html