Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » BMT-də Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı Qətnamə qəbul edilib
19.11.10 16:09

BMT-nin Sosial, mədəni və humanitar məsələlər üzrə 3-cü Komitəsinin iclasında Azərbaycanın irəli sürdüyü “İtkin düşmüş şəxslər” adlı Qətnamə layihəsi konsensusla qəbul edilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi nümayəndəliyi məlumat yayıb. Qətnaməyə 71 dövlət həmmüəllif kimi qoşulub. İtkin düşmüş şəxslər məsələsinin şəffaflıq, məsuliyyətlilik və ictimaiyyətin cəlb olunması və iştirakı ilə bütün ədalətlilik, qanun aliliyi mexanizmlərinə istinadən sülhquruculuq prosesinin tərkib hissəsi kimi ünvanlanması ehtiyacının vurğulanması, münaqişə tərəfləri olan dövlətlərin itkin düşmüş şəxslər fenomeni ilə mübarizə aparılmasında, itkin düşmüş şəxslərin talelərinin müəyyən olunmasında, müvafiq mexanizmlərin, siyasətlərin, qanunların tətbiqində məsuliyyətlərinin tanınması Qətnamənin əsas elementlərini təşkil edir. Qətnamənin BMT Baş Assambleyasının cari ilin dekabr ayında keçiriləcək iclasında yekun təsdiqi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-2365.html