Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Son üç həftədə ölkə ərazisində 1 milyon 663 min 833 ədəd ağac və kol bitkisi əkilib
20.11.10 02:08

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən cari ilin payız mövsümünün 08-13 noyabr tarixlərində Respublika ərazisinin 418,89 ha sahəsində 878 739 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ETSN-nin mətbuat xidmətindən veriblər. Respublika ərazisinin 63,57 ha sahəsində əkilən ağaclardan 76 min 269 ədədi Bakı və Bakı ətrafı ərazilərin payına düşür. ETSN-nin Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin əməkdaşları tərəfindən dövlət meşə fondu torpaqlarında isə heç bir əlavə vəsait xərclənmədən, nazirliyin daxili imkanları hesabına 355,32 ha sahədə 802 470 ədəd müxtəlif ağac və kol bitkisi əkilib. Əkilən ağaclar müəssisənin öz tinglik sahələrində yetişdirilib. Ümumiyyətlə, cari ilin payız əkin mövsümünün 01-13 noyabr tarixlərində Respublika ərazisində 1 mln. 663 min 833 ədəd ağac və kol bitkisi əkilib. Hazırda ərazilərdə əkin, meşəbərpa, suvarma və qulluq işləri davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-2363.html