Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Serj Sarkisyanın cəbhə bölgəsində keçirdiyi təlimlərlə bağlı bəyanatı Rusiyanın divara dirənməsidir”
18.11.10 17:03

Ermənistan prezidenti Serj Sarkisyanın cəbhə bölgəsində keçirdiyi təlimlərlə bağlı bəyanatı Rusiyanın divara dirənməsidir. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov şərh verib. Onun sözlərinə görə, Ermənistanın addımları regionda paradoksal vəziyyət yaradıb. “Ermənistan bir tərəfdən, işğal olunmuş torpaqlarda hərbi təlimlər keçirir, digər tərəfdənsə Azərbaycana qarşı əlavə sərt bəyanatlarla çıxış edir. Belə çıxır ki, Ermənistan Azərbaycanın digər torpaqlarına da iddialıdır. S.Sarkisyan həmin bəyanatla Rusiyanın D.Medvedev-V.Putin hakimiyyətinə, erməni müxalifətinə, Azərbaycana, həmçinin beynəlxalq müşahidəçilərə yetərli bir mesaj verdi. Yəni, demək istədi ki, hakimiyyətə gəlmək üçün insanları küçələrdə güllələtdirmişəm, geriyə yolum yoxdur, mənim sabah Haaqa Məhkəməsində durmaq fikrim yoxdur, gedirəmsə bu yolu axıracan gedəcəyəm. Bəyanatın mahiyyəti bundan ibarətdir”,-deyə ekspert fikirini açıqlayıb. Qeyd edək ki, son günlər cəbhə xəttində ermənilər tərəfdən vüsət alan təlimlərlə bağlı S.Sarkisyan bəyan edib ki, hərbi təlimlər sərhəddin o tayında səslənən hədələrə cavabdır və iştirakçıları əmin edib ki, sərhədlərin toxunulmaz qalması və erməni əsgərlərinin həyatına təhlükə olmaması üçün bütün tədbirlər görüləcək. “Çünki fitnəkarlıqlar, atışmalar davam edir, insanlar ölür və Azərbaycanın bu cür davranışı cavabsız qala bilməz”,-deyə erməni lider iddia edib. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun isə bu bəyanata münasibəti belə olub: “Prezident S.Sarkisyan Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən adı təlimləri irimiqyaslı hərbi təlim kimi qələmə verməklə daxili auditoriyanın diqqətini ordudakı qarşıdurmadan və ölkədəki sosial vəziyyətin ağırlığından yayındırmaq istəyir”.
URL / WWW
http://kelam.az/article/a-2361.html