Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İran Prezidenti: “Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı irəliləyişin əldə olunacağına ümid edirəm”
18.11.10 16:58

“Artıq Xəzər sərhəd ölkələr arasında sülh və konstruktiv əlaqələr dənizi olmalıdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə İran Prezidenti Mahmud Əhmədinejad Bakıda keçirdiyi mətbuat konfransında söyləyib. O, bildirib ki, Xəzərin bütün imkanlarından ədalətli istifadə olunmalıdır. İran prezidenti dənizin hüquqi statusu ilə bağlı keçirilmiş 2 sammitdə müəyyən razılıqların əldə olunduğunu xatırladıb. “Bu gün Bakıda keçiriləcək sammitdə də bu istiqamətdə irəliləyişə nail olunacağına ümid edirəm”,-deyə M.Əhmədinejad bəyan edib. İranın “Nabucco”ya qoşulmaq niyyətinin olub olmaması ilə bağlı prezident vurğulayıb ki, Avropa İran qazını istəsə, Tehran danışıqlara gedər. “Amma biz Avropaya qaz satmaqda israrlı deyilik”,-deyə İran prezidenti fikirini açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2358.html