Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » S.Sarkisyan: “Ermənistan Qarabağ probleminin tənzimlənməsində vasitəçilik səylərinə görə Rusiyaya minnətdardır”
19.11.10 02:58

“Ermənistan Dağlıq Qarabağ probleminin tənzimlənməsində vasitəçilik səylərinə görə Rusiyaya minnətdardır və ümid edir ki, bu problem tezliklə müsbət həllini tapacaq”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Ermənistan prezidenti Serj Sarksyan Kremldə rusiyalı həmkarı Dmitri Medvedevlə görüşündən sonra açıqlamasında bildirib. Erməni lider bildirib ki, göstərdiyi səylərə görə D.Medvedevə təşəkkür edib. “Rusiya həmişə Qafqazda mühüm rol oynayıb. Ümid edirəm ki, bu dəfəki səyləri də tezliklə və müsbət nəticələnəcək”,-deyə Ermənistan prezidenti bəyan edib. S.Sarksyan əmin edib ki, Ermənistan Qafqazda sülhə və sabitliyə çalışır. Onun Dağlıq Qarabağ probleminin sülh yolu ilə və uzun müddətli həlli axtarışlarına səyi də məhz bununla əlaqədardır. Erməni lider xatırladıb ki, avqustda Medvedevin Ermənistana rəsmi səfəri zamanı bir sıra mühüm sazişlərə nail olunub. “Biz o zaman razılığa gəldik ki, payızın sonlarında görüşək və bu sazişlərin həyata keçirilməsini yekunlaşdıraq”,-deyə S.Sarksyan bildirib.
URL / WWW
http://kelam.az/article/a-2357.html