Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Bakıya gəlib
18.11.10 16:58

Bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov Azərbaycana səfəri başlayıb. KƏLAMİNFO xəbər verir ki, prezidentin səfərində məqsəd Xəzəryanı ölkələrin dövlət başçılarının IV zirvə toplantısında iştirak etməkdir. Bu gün başlayacaq zirvə toplantısına Türkmənistan prezidenti ilə yanaşı, Rusiya, İran və Qazaxıstan prezidentləri də qatılacaq. Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı fikir mübadiləsinin aparılması, Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinin müzakirə olunması gözlənilir. Dövlət başçılarının sonda Birgə Bəyannamə, əməkdaşlıq və təhlükəsizlik haqda iki Saziş imzalayacaqları nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-2356.html