Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mahmud Əhmədinejad: “Azərbaycanın izzəti, təhlükəsizliyi İranın izzəti, təhlükəsizliyidir”
18.11.10 16:58

“Azərbaycan və İran arasında əlaqələr qonşu və dost ölkə arasında olan münasibətlərdən daha yüksəkdir. Dostluq azalıb çoxala bilər, qardaşlar isə hər zaman qardaş olaraq qalır”. KƏLAMİNFO xəbər verir ki, bunları Bakıda səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejad keçirdiyi mətbuat konfransında deyib.O, konfransda bildirib ki, hazırda dünyada mövcud olan sistem bəşəriyyətə ziddir və bu sistem 100 illər ərzində müxtəlif müharibə və münaqişələrə səbəb olub. “Bu sistem artıq siyasi dalana dirənib. O, artıq bəşəriyyətin heç bir problemini həll etməyə qadir deyil”,-deyə İran Prezidenti vurğulayıb. Sistemin sonunun çatdığını söyləyən M.Əhmədinejad ədalət və məhəbbətə hakim olan bəşəri sistemə ehtiyac olduğunu bəyan edib. İran-Azərbaycan əlaqələrindən danışan prezident münasibətlərin çox yüksək səviyyədə olduğunu deyib, İranla Azərbaycanı regionda sülhün təminatçısı adlandırıb. “Azərbaycanın izzəti, təhlükəsizliyi İranın izzəti, təhlükəsizliyidir. İranla Azərbaycan arasında əlaqələr möhkəm və qırılmazdır. Bu əlaqələri heç kim qıra bilməz”,-deyə İran Prezidenti bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-2354.html