Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İran rəsmisi: “Azərbaycan Prezidentinə təqdim olunan sutəmizləyici qurğu gündəlik 1000 nəfərin suya olan təlabatını təmin edə bilər”
19.11.10 02:58

İran Prezidentinin Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidentinə təqdim olunan İran istehsalı olan sutəmizləyici qurğu sutkada 10 min litr su filtirasiya edə bilir. KƏLAMİNFO İran mətbuatına istinadən xəbər verir ki, bunları İranın Prezident Aparatının yeni texnologiyalar mərkəzinin istehsal komitəsinin rəhbəri Əbülfəzl Şəfiyi bildirib. Onun sözlərinə görə, əgər hər bir şəxsin gündəlik içmək və yemək bişirmək üçün suya tələbatı 10 litr nəzərdə tutulsa bu qurğu 1000 nəfərin suya olan təlabatını təmin edə bilər. “Qurğunun ölçüsü 80X60 sm. və hündürlüyü 1.2 m təşkil edir. Sutəmizləyici qurğu kiçik və böyük ölçülərdə istehsal olunur. Qurğu evin, məhəllənin, rayonun və Bakı qədər əhalisi olan bir şəhərin içməli su təminatını həyata keçirə bilər. İstifadə olunan içməli suyun 80%-i axar çaylardan əldə olunur, sənaye tullantıları, əkinçilik və digər tullantılar vasitəsi ilə çirklənir, həmin sutəmizləyici qurğu bu çirkliliyi təmizəyib içməli su səviyyəsində təhvil verə bilər. Adi qaydada filtirasiya ağır dəmirləri sudan təmizləyə bilmir. Bu qurğu suda mövcud olan 99,9% çirkliliyi təmizləyir”,-deyə Ə.Şəfiyi vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2353.html