Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin leqallaşdırılmasına dair seminar keçirilib
12.11.10 19:47

Bu gün Azərbaycan Auditorlar Palatası və Mərkəzi Bank Yanında Maliyyə Monitorinqi Xidmətinin təşkilatçılığı ilə “Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə” dair birgə seminar keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Auditor Palatasının sədr müavini Azərbaycan Qanununun auditor xidməti göstərən şəxslər qarşısında yaratdığı öhtəliklərdən danışıb. Auditor Palatasının sədrinin müşaviri Nəcəf Talıbov “Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə auditorun hüquq və vəzifələri”ndən söz açıb. Azərbaycan Mərkəzi Bankı yanında maliyyə Monitorinqi Xidmətinin mümayəndəsi Toğrul Musayev “Cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” AR Qanunun auditor xidməti göstərən şəxslər qarşısında yaratdığı öhtəliklərin yerinə yetirilməsi istiqamətində auditor xidməti göstərən şəxslərin fəaliyyətlərinə Auditorlar Palatasının öz səlahiyyətləri çərçivəsində nəzarətin təşkili və “Palata üzvləri tərəfindən Etika Məcəlləsinin tələblərinə əməl edilməsini təmin etmək üçün monitorinq aparılması” mövzusunda məruzə ilə çıxış edib. O, təmsil etdiyi Monitorinq Xidmətinin fəaliyyəti haqqında da tədbir iştirakçılarını məlumatlandırıb. Auditorlar Palatasının Auditin tənzimlənməsi, təşkili və şəffaflığın təminatı idarəsinin rəisi Maarif Abbasov palatanın gördüyü işlərdən danışıb. Qeyd edək ki, tədbirdə Milli Təhlükəsizlik, Vergilər nazirliklərinin, Azərbaycanda fəaliyyət göstərən Bankların və digər qurumların nümayəndələri də iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-2350.html