Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bu gün Bakıda "İslamda mədəniyyət və gözəllik amili" adlı iki günlük beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb
09.11.09 22:03

Bu gün Bakıda "Bakı – islam mədəniyyətinin paytaxtı 2009" ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə "İslamda mədəniyyət və gözəllik amili" adlı iki günlük beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransa sədrlik edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva müxtəlif ölkədən gəlmiş konfrans iştirakçılarını salamlayıb. S.Məmmədəliyeva konfransda əsas məqsədin İslam mədəniyyətinin təşəkkülündə Azərbaycan ziyalılarının rolu, İslamda harmoniya – dünya ilahiliyinin ifadəsidir, İslam mədəniyyəti və ənənələrinin öyrənilməsində arxeoloji materialların rolu, Azərbaycan folkloru İslam kontekstində, İslamda qadına verilən dəyər və qadın hüquqlarının müdafiəsi, masir gəncliyin tərbiyəsində İslamın rolu" və s. olduğunu bildirib. AMEA-nın prezidenti Mahmud Kərimov belə elmi konfransın ölkəmizdə keçirilməsini Azərbaycanda İslam dininin elmiliyinin biruzə verilməsində əhəmiyyətli rol oynadığını söyləyib. O, konfransa qatılan ölkələrin çıxışçılarının və məruzəçilərinin burada iştirakını təqdirəlayiq sayıb. Onun sözlərinə görə, tədbir zamanı müzakirə olunacaq məsələlər və səslənəcək məruzələr olduqca maraqlı və çoxşaxəli elmi fikir mübadilələrin aparılmasına zəmin yaradacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə Azərbaycanda İslami dəyərlərin belə elmi konfransda dialoqa çıxarılmasını İslam dininin elmi dəyərlərinə marağın artmasından xəbər verdiyini nəzər çatdırıb. H.Orucov bu cür tədbirlərin mütəmadi keçirilməsini arzulayıb. Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Macarıstan, Albaniya, İordaniya, Misir və İrandan 15 ali təhsil müəssisələrinin nümayənələri iştirak edir. Konfrans sabah da öz işinə davam etdirəcək.
URL / WWW
http://kelam.az/article/a-235.html