Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » X.Hacıyev: “Hazırda Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə edilən müraciətlərin sayı 1000-ə yaxındır”
12.11.10 19:47

“Hazırda Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə edilən müraciətlərin sayı 1000-ə yaxındır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Avropa İnsan Haqları Məhkəməsində Azərbaycandan olan hakim Xanlar Hacıyev verib. O Avropa İnsan Haqları Məhkəməsinə müraciətlərin böyük hissəsinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərindən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlər tərəfindən edildiyini bildirib: “Digər müraciətlər isə hüquq-mühafizə orqanlarının işində yol verilən hüquq pozuntuları və məhkəmə sistemindəki prosedur qaydaları ilə əlaqədardır. Hazırda Avropa Məhkəməsinin Böyük Palatasında Azərbaycanla bağlı 50-yə yaxın iş var”,-deyə X.Hacıyev qeyd edib. Avropa Məhkəməsinə edilən çoxsaylı müraciətlərin Azərbaycanın imicinə təsirinə gəldikdə isə X.Hacıyev bildirib ki, bu qurum siyasi təşkilat deyi. “Ona görə burada dövlətin imicinə təsirdən söhbət gedə bilməz. Avropa İnsan Haqları Məhkəməsi hüquq sistemində olan pozuntularla bağlı məsələlərə baxılır. Azərbaycan Konstitusiyasının 15 illiyinə həsr olunan konfransda bu problemləri qaldıracağam. Hesab edirəm ki Azərbaycanın məhkəmə sistemində və hüquq mühafizə orqanlarında çalışan bəzi şəxslər öz işlərində müəyyən çatışmazlıqları aradan qaldırmalıdırlar”,-deyə X.Hacıyev vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2349.html