Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “İnsan hüquqları və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmləri” adlı konfrans keçirilir
12.11.10 19:47

Bu gün Azərbaycan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş “İnsan hüquqları və azadlıqlarının müdafiəsinin Konstitusiya mexanizmləri” adlı konfrans keçirilir. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Türkiyə, Qazaxıstan, Ukrayna, Moldova, Rusiyanın Konstitusiya məhkəmələrinin nümayəndələri, Avropa Şurası Venesiya Komissiyası, ATƏT-in Bakı ofisi, Beynəlxalq Hüquqşünaslar İttifaqının nümayəndələri iştirak edirlər. Tədbirdə çıxış edən Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, ötən 15 il ölkənin yeni tarixində mühüm yer tutur, Konstitusiyada bir sıra dəyişikliklər baş verib. Onun sözlərinə görə, Konstitusiyanın ən böyük bölməsi insan hüquq və azadlıqlarına həsr olunub. Dövlət məhz Konstitusiya əsasında insan hüquqlarını müdafiə edən dövlət orqanlarını yaradıb. Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynov isə qeyd edib ki, Konstitusiyanın yaranmasından bu gün 15 il ötür, bu çox qısa bir zamandır, amma Azərbaycanın inkişaf baxımından irəliləməsi üçün bu böyük müddət hesab olunur. Ölkənin inkişafının ən başlıca səbəbi Konstitusiyada əksini tapan hüquqlardır.
URL / WWW
http://kelam.az/article/a-2348.html