Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Şeyxülislam Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
13.11.10 03:59

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə təbrikdə deyilir: “Dünya müsəlmanlarının əziz günü - mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, kəsilən qurbanlarımızın, dua və ibadətlərimizin Haqq dərgahında qəbul olunmasını Pərvərdigari-Aləmdən rica edirəm. Peygəmbərlər sələfi Həzrət İbrahimin (ə) yadigarı olan Eydül-Əzha – Qurban bayramı İslam ümmətinin ən müqəddəs və şərəfli günlərindəndir. Bəşər nəslinin Uca Yaradanına təqva və məhəbbəti, Rəbbimizin öz bəndələrinə lütf və mərhəmətinin təcəssümü olan müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir”,-deyə Şeyxülislam Allahşükür Paşazadə bildirib. QMİ-sədri söyləyib ki, həm müqəddəs Məkkeyi-mükərrəmədə, həm də Azərbaycan məscidlərində dualar edən mömin müsəlmanlar Vətənimizin taleyinin ən çətin anlarında bizə ulu öndər olmuş, millətimizi faciələrdən qurtarmış Heydər Əliyev həzrətlərinin ruhu üçün rəhmət diləyir, onun ən layiqli davamçısı İlham Əliyevin müstəqilliyimizi təmin etmək, xalqımızı firavan gələcəyə aparmaq, Azərbaycanın haqq işinin təntənəsi yolunda fəaliyyətinə yardımçı olmasını Allahdan arzulayırlar. “İslami dəyərlərə sahib duran müdrik dövlətçiliyimizin qayğısı sayəsində biz bu mübarək məqamı 2 gün bayram etmək şərəfinə nail olmuşuq. Bu əziz gündə şəhidlərimizin ruhlarına rəhmət diləyərək, Şeyxülislam olaraq, Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın nəzərinin üzərimizdə daima bərqərar olmasını arzulayırıam. Allah-Təala qurbanlarımızı qəbul, ülvi niyyətlərimizi müstəcəb etsin, inşallah! Amin!”,-deyə A.Paşazadə vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2347.html