Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: “Dağlıq Qarabağla bağlı qətnamə layihəsinin NATO PA-da müzakirəsi Azərbaycanın təklifi əsasında təxirə salınıb”
12.11.10 17:15

Dağlıq Qarabağla bağlı qətnamə layihəsinin NATO Parlament Assambleyasında müzakirəsinin təxirə salınması Azərbaycan nümayəndə heyətinin təklifi əsasında olub. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib. Z. Əsgərov qeyd edib ki, Azərbaycan nümayəndə heyəti NATO PA-nın noyabrın 13-dən 16-dək Polşada keçiriləcək toplantısına qatılmayıb. Onun sözlərinə görə, buna səbəb Azərbaycanda keçirilən parlament seçkiləridir. Z. Əsgərov bildirib ki, bununla əlaqədar qətnamə layihəsinin müzakirəsinin növbəti sessiya qədər təxirə salınması ilə əlaqədar NATO PA-nın prezidentinə rəsmi müraciət olunub və bununla bağlı müsbət qərar verilib: “Ermənistan tərəfinin qətnamə layihəsinin təxirə salınmasını özlərinin ciddi səyi kimi qələmə vermələri yanlışdır. Biz bunun təxirə salınması üçün müraciət etmişik və təklif qəbul olunub”,-deyə Z.Əsgərov əlavə edib. O, qətnamə layihəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı da əksini tapdığını vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2346.html