Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » KİV nümayəndələrinin iştirakı ilə reyd keçirilib
13.11.10 03:14

Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları növbəti reydi KİV nümayəndələrinin iştirakı ilə Abşeron rayonu Zığ şossesində yerləşən “Zeytun bağı” restoranında keçiriblər. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, reyd zamanı sözügedən restoranda vəhşi təbiətdən götürülmüş iki ədəd ayının saxlanılması faktı aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilərək götürülüb. Növbəti reyd zamanı isə Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşları tərəfindən Bakı şəhər Nizami rayonu ərazisində yerləşən iaşə obyektinin həyətində 1 ədəd ceyranın, Şüvəlan qəsəbəsindəki “Xəzri” istirahət mərkəzində isə 1 ədəd ayının saxlanılması faktları aşkar edilib və sənədləşdirilərək götürülüb. Bu kimi reydlər Azərbaycanın digər rayonlarında da həyata keçirilib. Belə ki, Nabranda yerləşən “İsa bulağı” istirahət mərkəzində bir ədəd ayının qəfəsdə saxlanılması faktı aşkar edilərək qanunvericilikdə nəzərdə tutulmuş qaydada sənədləşdirilmiş və ayı götürülüb. Bütün hallarda qanunu pozmuş şəxslər AR “Heyvanlar aləmi haqqında” qanununa müvafiq olaraq inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunublar. Hazırda respublika ərazisində bu kimi reydlər davam etdirilir.
URL / WWW
http://kelam.az/article/a-2342.html