Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » RİTN-də “Telekommunikasiya sahəsinin tənzimlənməsi üzrə təlim proqramı” keçirilir
11.11.10 18:37

Bu həftədən başlayaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində nazirlik, digər aidiyyəti dövlət orqanlarının, həmçinin Azərbaycanda fəaliyyət göstərən telekommunikasiya operatorlarının nümayəndələri üçün Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə “Telekommunikasiya sahəsinin tənzimlənməsi üzrə təlim proqramı” keçirilir. RİTN-dən KƏLAMİNFO-ya verilən məlumata görə, təlim proqramının mövzuları (telekommunikasiya sahəsi üzrə dünya tendensiyası, rəqabətli bazarın əsasları, telekommunikasiya bazarlarına giriş və arabağlantı, universal xidmət, məhdud resursların tənzimlənməsi və lisenziyalaşdırma, tariflərin tənzimlənməsi, genişzolaqlı xidmətlərin inkişafı və s.) geniş əhatəli və aktual olmaqla, sahə üzrə təcrübəli beynəlxalq ekspertlər tərəfindən təqdim edilir. Səkkiz həftəlik təlim proqramının 2011-ci ilin aprel ayına qədər davam edəcəyi nəzərdə tutulub. Təlim iştirakçılarının cari işlərdən tam ayrılmamaları üçün təlimlər 2 həftədən bir, saat 9:00-dan 13:00-a kimi keçirilməsi məqsədəuyğun hesab edilib. Proqramda davamlı və aktiv iştirak edən iştirakçılara müvafiq sertifikatların verilməsi nəzərdə tutulub. Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təklif etdiyi proqram respublikada rabitə və informasiya texnologiyaları sahəsini daha effektiv tənzimləmək üçün müvafiq biliklərin əldə edilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, bu sahə üzrə təcrübəli mütəxəssislərə olan tələbatın ödənilməsi baxımdan böyük əhəmiyyət daşıyır.
URL / WWW
http://kelam.az/article/a-2340.html