Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DİDK Əlikram və Tural Hümbətovların təşkil etdiyi aksiya ilə bağlı bəyanat yayıb
11.11.10 18:37

Bu günlərdə Vətən xaini, separatçı Əlikram Hümbətovun oğlu və qohumlarının Niderland Krallığının Den Haaqa şəhərində Avropadakı bəzi siyasi dairələrdən aldığı qrantlar hesabına Azərbaycan dövləti əleyhinə aksiya təşkil edib. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) bəyanat yayıb. Bəyanatda bildirilir ki, Niderlandda və digər Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından daxil olan müraciətləri nəzərə alaraq DİDK Ə.Hümbətov, oğlu Tural Hümbətov və onun yaxın ətrafı tərəfindən təşkil olunan bu cür aksiyaları separatçılıq, bölücülük və xəyanət kimi qiymətləndirir, xarici ölkələrdə yaşayan bütün soydaşlarımızı bu çirkin üsluba layiqli cavab verməyə çağırır. “Əminik ki, vətəndaşlıq mənsubiyyətindən, siyasi baxışlarından və əqidəsindən asılı olmayaraq, hər bir azərbaycanlı bölücülüyü və separatçılığı təşviq edən bu təşəbbüslərə öz qəti münasibətini bildirəcək”-deyə, bəyanatda qeyd olunub.
URL / WWW
http://kelam.az/article/a-2338.html