Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Mahmud Kərimov: “AMEA-da doktoranturaya qəbul bu ilin sonuna kimi aparılacaq”
12.11.10 02:37

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktoranturaya qəbul bu ilin sonuna kimi aparılacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti Mahmud Kərimov bildirib. O, qeyd edib ki, doktoranturaya qəbul aparacaq müəəssisələr və müvafiq ixtisaslar Nazirlər Kabineti tərəfindən təsdiqlənməli, sonra isə həmin ixtisaslar üzrə plan yerləri müəyyənləşdirilməlidir. “Cari il üçün doktoranturaya qəbul planının azalması gözlənilir. Keçmişdə bəzi elmi-tədqiqat müəssisələrində doktorantura olub, amma bundan sonra olmayacaq. Belə olan halda müəyyən ixtisaslar ixtisar ediləcək. Düşünürəm ki, doktorantura hazırlığı yalnız doktorant və rəhbər münasibətlərindən asılı deyil. Bunun üçün burada müəyyən elmi mühit, diskussiya şəraiti olmalıdır. Doktorant da bu şəraitdə yetişməlidir. Belə şəraiti olmayan müəssisələrdə doktoranturanın yaradılmasını məqsədəuyğun saymamışıq”,-deyə M.Kərimov fikirini açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-2336.html