Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Hüseyn Bağırov: “Ötən illə müqayisədə qanunsuz kəsilmiş ağacların sayı kəskin azalıb”
12.11.10 02:37

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ağacların qanunsuz kəsilməsinin qarşısını almaq məqsədi ilə Oğuz və İsmayıllı rayonlarının meşələrində monitorinq aparır. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında nazir Hüseyn Bağırov bildirib. Nazirin sözlərinə görə, pozuntulara yol vermiş meşə təsərrüfatı işçilərinə qarşı təxirəsalınmaz tədbirlər görüləcək. “Bir neçə gün əvvəl Ucar rayonu ərazisində qanunsuz oduncaq satışı aşkar olunub. Faktla bağlı cinayət işi açılıb, bu ağacların kəsilməsinə yol verən şəxslər cəzalandırılacaq. Onu da qeyd edim ki, ötən illə müqayisədə qanunsuz kəsilmiş ağacların sayı kəskin azalıb. Bu, bir çox rayonların qazla təmin edilməsi ilə bağlıdır”,-deyə H.Bağırov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2335.html