Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zbiqnev Bjezinski: “Senatın razılığı olmadan da M.Brayzanı Azərbaycana səfir göndərmək olardı”
10.11.10 17:28

Erməni diasporunun Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə təyin olunmasına mane olmaq cəhdi yalnış xarici siyasət metodudur. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bunları məhşur politoloq, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq məsləhətçisi Zbiqnev Bjezinski Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib. O, qeyd edib ki, səfirlərin digər ölkələrə təyin olunmasına mane olmaq cəhdi düzgün xarici siyasət metodu deyil. “Birləşmiş Ştatlar vətəndaşlarının istənilən milli qrupunun xarici siyasətlə bağlı öz fikrini söyləmək hüququ var. Başqa məsələlər hakimiyyətin xüsusilə birtərəfli tələblərini irəli sürən qrupu nəzərə alıb-almamasından ibarətdir. Bu halda baş vermiş hadisələrə dəqiq qiymət vermək lazımdır. M.Brayzanı senatın razılığı olmadan da ABŞ-ın Azərbaycandakı missiyasının prezident nümayəndəsi təyin etmək olardı”,-deyə politoloq vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2332.html