Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ötən ay DMX-yə 8.052 müraciət daxil olub
11.11.10 03:27

Ötən ay ərzində Dövlət Miqrasiya Xidmətində vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşların qəbulu, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icaələrin verilməsi və mövcud fərdi icazələrin müddətinin uzadılması ilə bağlı 8.052 müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya DMX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən veriblər. Müraciətlər ayrı-ayrılıqda ölkə qanunvericiliyinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. DMX əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində 939 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 139 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 619 əcnəbi barəsində AR İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan qaydada 48 saat ərzində ölkən tərk etmə, 115 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərar qəbul edilib, 66 nəfər əcnəbinin isə 16 yaşı tamam olmadığından inzibati məsuliyyətə cəlb edilib.
URL / WWW
http://kelam.az/article/a-2331.html