Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Türkiyəli deputat: “İşğal olunmuş torpaqlar azad olmayana qərəd Türkiyə-Ermənistanla sərhədləri açmayacaq”
08.11.10 17:35

Türkiyə rəsmi səviyyədə açıqlayıb ki, Azərbaycanın işğal olunmuş 20% torpağı azad olunmayana qədər Türkiyə və Ermənistan sərhədlərinin açılması müzakirə mövzusu ola bilməz. KƏLAMİNFO xəbər verir ki, bu sözləri Türkiyə parlamentinin millət vəkili, Ədalət və İkişaf partiyasının sədr müavini Haluk İpek bildirib. “Mətbuatda Türkiyə ilə Ermənistan sərhədlərin açılması ilə bağlı müxtəlif məlumatlar oxuyuruq. Niyə görəsə bir çox jurnalistlər bu məsləni daima gündəmdə saxlamağa və Azərbaycanda Türkiyə sevgisini azaltmağa çalışırlar. Türkiyə hər zaman sərhədlərin nə səbəbə bağlandığını bəyan edib və o səbəb həllini tapmayana qədər də sərhədlər açılmayacaq. Bu problemi gündəmdə saxlayan insanlar bilməlidir ki, “ayıb” bir şey edirlər”,-deyə H.İpək vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2328.html