Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Vaşinqtonda “ABŞ-Azərbaycan münasibətləri: Strateji tərəfdaşlığın mövcud durumu” mövzusunda konfrans təşkil olunacaq
08.11.10 17:35

Sabah Vaşinqtonda Beynəlxalq Sülh naminə Karnegi Fondunda, Ceymstaun Fondu və Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə “ABŞ-Azərbaycan münasibətləri: Strateji tərəfdaşlığın mövcud durumu” mövzusunda konfrans təşkil olunacaq. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Elxan Nuriyevin “Azərbaycanın xarici siyasət strategiyası və “böyük güclərin” siyasəti” mövzusunda məruzə ilə çıxışı nəzərdə tutulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAM-ın mətbuat xidmətindən veriblər. Tədbirdə həmçinin ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstar, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin müşaviri və idarə heyətinin üzvü Zbiqnev Bjezinski, Mərkəzi Asiya-Qafqaz İnstitutunun sədri Frederik Starr, Ceymstaun Fondunun prezidenti Qlen Hovard və baş elmi işçisi Vladimir Sokor da məruzəçi qismində çıxış edəcəklər. Səfər çərçivəsində E. Nuriyev ABŞ-ın aparıcı “beyin mərkəzlərinin” rəhbərləri ilə görüşüb, iki dövlətin analitik institutları arasında elmi-tədqiqat sahəsindəki əməkdaşlığına aid olan regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaq.
URL / WWW
http://kelam.az/article/a-2325.html