Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MDB və MDB PA-nın müşahidə missiyaları seçkilərlə bağlı ilkin fikirlərini açıqladı
08.11.10 17:35

Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı ölkədə müşahidə aparan MDB və MDB Parlamentlərarası Assambleyanın (PA) müşahidə missiyalarının üzvləri bu gün birgə mətbuat konfransı keçiriblər. KƏLAMİNFO xəbər verir ki, MDB müşahidə missiyasının rəhbəri Serqey Lebedev bildirib ki, parlament seçkiləri Azərbaycanın seçki qanunvericiliyinə uyğun, yüksək səviyyədə keçirilib.O, qeyd edib ki, müşahidə aparmaq üçün seçki günü hər cür şərait yaradılıb. “Səkkiz MDB ölkəsindən 352 müşahidəçi 3 minə yaxın seçki məntəqəsində olub. Bir neçə seçki məntəqəsində texniki xarakterli nöqsanlar qeydə alınıb. Buna misal kimi seçici siyahılarında bəzi hallarda seçicilərin adının olmaması və bəzi seçki məntəqələrində müşahidəçilər üçün stulların uzaqda qoyulmasını göstərmək olar. Bizim tövsiyələrimizdən sonra müşahidəçilərin yerləri bir qədər yaxına çəkilib. Missiyanın qərargahına ciddi nöqsanlar barədə siqnallar daxil olmayıb. Seçkilərin nəticəsinə dair bəyanat layihəsi qəbul olunub. MSK yekun nəticələri elan etdikdən sonra həmin bəyanat açıqlanacaq”,-deyə S.Lebedev fikrini açıqlayıb. MDB PA-nın müşahidə missiyasının rəhbəri Svetlana Orlova isə 114 seçki məntəqəsində müşahidə apardıqlarını bəyan edib. Onun sözlərinə görə, seçkilər demokratik, şəffaf və əvvəlki seçkilərdən daha yüksək səviyyədə keçirilib. O, seçki komissiyalarının üzvləri və yerli müşahidəçilər arasında qadınların sayının çox olmasını yüksək qiymətləndirib. Tədbirdə Rusiya Dövlət Dumasının nümayəndəsi Yelena Dubrovina seçkilərin sakit keçdiyini desə də, bir neçə iradı qeyd edib. “Seçiciləri seçkilərə dəvət edən plakatların sayı az idi. Seçki məntəqələrində namizədlər barədə məlumat olmayıb. Seçici aktivliyi də az oldu”,-deyə Duma nümayəndəsi vurğulayıb. Buna etiraz edən S. Lebedev isə qeyd edib ki, 50%-dən artıq seçici aktivliyi yaxşı göstəricidir.
URL / WWW
http://kelam.az/article/a-2324.html