Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AVCİYA Müşahidə Missiyasının seçkilərlə bağlı ilkin rəyi açıqlanıb
09.11.10 03:34

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Müşahidə Missiyasının seçkilərlə bağlı ilkin rəyi açıqlanıb. KƏLAMİNFO xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib ki, təmsil etdiyi qurum 106 dairənin 4400 məntəqəsində müşahidə aparıb. Seçki günü səsvermənin gedişi 5 dəfə ictimaiyyətə təqdim olunub. İlkin rəydə qeyd edilib ki, seçki günü ölkə üzrə bir sıra məntəqələrdə müşahidəçilərin qeydiyyatdan keçməsində, səsvermə və səslərin sayılması prosesində bir sıra kiçik qanun pozuntuları müşahidə olunub. Bəzi məntəqələrdə müşahidəçilər üçün ayrılan yerlərin düzgün seçilməməsi müşahidə aparılmasında müəyyən çətinliklər yaradıb. M. Zülfüqarlı qeyd edib ki, belə faktlarla əlaqədar AVCİYA hüquqşünasları müvafiq tədbirlər həyata keçirirlər: “Lakin qeydə alınan bu qanun pozuntuları çox az sayda məntəqələri əhatə etdiyindən seçkilərin nəticələrinə təsir etmir”,-deyə M.Zülfüqarlı əlavə edib. İlkin rəydə parlament seçkilərinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, şəffaf və ədalətli şəkildə keçirildiyi, seçki mühitinin əvvəlki parlament seçkilərindən daha demokratik və konstruktiv olduğu vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-2323.html