Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » MSK daha 10 dairədə səslərin hesablanmasını başa çatdırıb
08.11.10 17:34

Mərkəzi Seçki Komissiyası 1 saylı Şərur-Sədərək, 58 saylı Hacıqabul-Kürdəmir, 83 saylı Ağcabədi-Füzuli, 84 saylı Füzuli, 113 saylı Şəki şəhər, 115 saylı Şəki ikinci kənd, 118 saylı Ağdam şəhər, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın və 125 saylı Zəngilan-Qubadlı seçki dairələrində səsvermənin nəticələrinin hesablanmasını başa çatdırıb. KƏLAMİNFO MSK-nın rəsmi saytına istinadən xəbər verir ki, bu dairələr üzrə qaliblər aşağıdakı şəkildə müəyyənləşiblər: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsi – Rafael Hüseynov, 83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsi – Aqil Abbasov, 84 saylı Füzuli Seçki Dairəsi – Bahar Muradova, 113 saylı Şəki şəhər Seçki Dairəsi – Yaqub Mahmudov, 115 saylı Şəki kənd II Seçki Dairəsi – Cavanşir Feyziyev, 118 saylı Ağdam şəhər Seçki Dairəsi – Bəxtiyar Əliyev, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsi – Astan Şahverdiyev, 121 saylı Laçın Seçki Dairəsi – Nazim Fərəcov, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsi – İmamverdi İsmayılov. Qeyd edək ki, 31 saylı Suraxanı I seçki dairəsi, 51 saylı Qusar seçki dairəsi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi, 78 saylı Lerik seçki dairəsi, 123 saylı Kəlbəcər seçki dairəsi və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi üzrə səslərin hesablanması davam edir.
URL / WWW
http://kelam.az/article/a-2322.html