Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səsvermə prosesini YAP-ın 5 mindən artıq müşahidəçisi və səlahiyyətli nümayəndəsi izləyir
07.11.10 16:20

Bu gün ölkəmizdə keçirilən parlament seçkilərinin səsvermə prosesini Yeni Azərbaycan Partiyasının 5 mindən artıq müşahidəçisi və səlahiyyətli nümayəndəsi izləyir. Bu barədə məlumatı YAP-ın mətbuat xidmətindən veriblər. YAP-ın yerlərdəki seçki qərargahlarından verilən məlumatlara görə, noyabrın 7-də səhər saat 8-də seçki məntəqələri tam hazır vəziyyətdə seçicilərin üzünə açılıb, səsvermə prosesi Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməkdədir. Bütün namizədlərin səlahiyyətli nümayəndələrinə və müşahidəçilərə məntəqələrdə səsvermə prosesini izləmək üçün tam şərait yaradılıb.
URL / WWW
http://kelam.az/article/a-2313.html