Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “ELS” “Ekzitpol” tədqiqatını həyata keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb
06.11.10 03:48

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi Milli Məclisə keçiriləcək seçkilərdə “Ekzitpol” tədqiqatını həyata keçirmək məqsədilə apardığı hazırlıq işlərini başa çatdırıb. “ELS” Müstəqil Araşdırmalar Mərkəzindən verilən məlumata görə, hazırqlıq işləri çərçivəsində intervüer və supervayzerlər üçün təlimlər təşkil olunub. Bu təlimlərdə intervüerlərə tədqiqat müddətində həyata keçirəcəkləri işlər barədə məlumat verilib. Həmçinin onlara tədqiqat zamanı ilk dəfə tətbiq edilən informasiya kommunikasiya texnologiyalarından istifadə qaydaları izah edilib. Supervayzerlər də təlimlərdə iştirak edib və tədqiqatın qaydalarına uyğun atacaqları addımlar barədə məlumat verilib. Hazırlıq mərhələsi dövründə “Ekzitpol” həyata keçirəcək intervüerlər üçün tədqiqat zamanı istifadə ediləcək sənədlər və ləvazimatlar hazırlanıb. Artıq bu sənədlər və ləvazimatlar paytaxt və regionlarda intervüer və süpervayzerlərə çatdırılıb. Həmçinin seçki günü tədqiqat prosesində iştirak edəcək telefonçu və operatorlar üçün təşkil olunmuş treninqlər başa çatıb. Mərkəz noyabrın 7-si, seçki günü “Ekzitpol” tədqiqatının əsas mərhələsini “Bridge” Plaza otelində davam etdirəcək. Qeyd edək ki, "ELS" Müstəqil Araşdırmalar Mərkəzi 2008-ci ildən etibarən Azərbaycanda keçirilən prezident, bələdiyyə seçkilərində, həmçinin referendum zamanı "Ekzitpol" tədqiqatını həyata keçirib. Ötən seçki illərindən fərqli olaraq, mərkəz bu il noyabr ayının 7-də keçiriləcək parlament seçkilərində 118 dairə üzrə 1180 məntəqədə "Ekzitpol" tədqiqatı həyata keçirəcək.
URL / WWW
http://kelam.az/article/a-2312.html