Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ-ın İrəvandakı səfiri: “Müzakirələrdə “Dağlıq Qarabağ Respublikası” da iştirak etməlidir”
06.11.10 02:35

ABŞ-ın Ermənistandakı səfiri Mari Yovanoviç regionda növbəti skandalın yaranmasına zəmin yaradıb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, o, Dağlıq Qarabağ problemi ilə bağlı müzakirərlərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın da tərəf kimi iştirakının labüd olmasını iddia edib. Onun sözlərinə görə, münaqişə ilə bağlı hər hansı danışıqlarda “Dağlıq Qarabağ xalqı” tərəf kimi iştirak etməlidir, lakin burada Azərbaycan da daxil olmaqla bütün tərəflər həmfikir olmalıdırlar. “ABŞ olaraq biz bunu alqışlayırıq”,-deyə səfir vurğulayıb. O, həmçinin qeyd edib ki, regionda problemləri vaxtında həll etmək istəyiriksə Dağlıq Qarabağ məsələsi ilə Ermənistan-Türkiyə sərhədlərinin açılma həllinin bir- birinə qarışdırmamalıyıq. Bu gün AŞPA-nın Azərbaycan üzrə həmmərüzəçiləri seçkini izləmək üçün Bakıya gəlir Bu gün AŞPA-nın Azərbaycan üzrə həmmərüzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt Fon de Mora Bakıya səfərə gələcək.KƏLAMİNFO xəbər verir ki, səfərin məqsədi noyabrın 7-də keçiriləcək parlament seçkilərini müşahidə etməkdir. Onlar müşahidələrini AŞPA-nın qüsamüddətli missiyasının tərkibində aparacaqlar. Səfər noyabrın 9-da başa çatacaq. Səfərin yekunları barədə həmməruzəçilərin hesabat hazırlayaraq AŞPA sessiyasına təqdim edəcəkləri gözlənilir. Qeyd edək ki, Pedro Aqramunt Fon de Mora həmməruzəçi qismində ilk dəfə Azərbaycanda olacaq. O, AŞ PA-nın bu ilin iyununda keçirilən sessiyasında Azərbaycan üzrə həmməruzəçi təyin edilib.
URL / WWW
http://kelam.az/article/a-2310.html