Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Abbasov İstanbulda 24-cü Ümumdünya Konqresinində iştirak edib
05.11.10 00:35

Rabitə və informasiya texnalaogiyaları naziri Əli Abbasov Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının (BLİA) İstanbul şəhərində keçirilmiş 24-cü Ümumdünya Konqresinin açılış mərasimində iştirak etmək üçün Türkiyədə səfərdə olub. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, səfər Türkiyənin nəqliyyat və rabitə naziri Binali Yıldırımın dəvəti ilə baş tutub. Konqresin açılış mərasimində Türkiyənin Baş naziri Rəcəb Təyyib Ərdoğan son illər ölkəsinin iqtisadi cəhətdən inkişafı ilə əlaqədar nüfuzunun artdığını qeyd edib və bu işdə ölkədə həyata keçirilən böyük layihələrin mühüm rol oynadığını bildirib. Rabitə və informasiya texnalaogiyaları naziri Əli Abbasov Ümumdünya Konqresinin açılış mərasimində çıxış edərək Azərbaycanda həyata keçirilən nəhəng layihələr, xüsusən “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM), “Regional İnnovasiya Zonası” (RİZ) və “AzerSpace” kimi qlobal və regional layihələr barədə konqres iştirakçılarına ətraflı məlumat verib. Qeyd edək ki, səfər çərçivəsində Ə.Abbasov Türkiyənin nəqliyyat və rabitə naziri Binəli Yıldırım ilə də ikitərəfli görüş keçirib.
URL / WWW
http://kelam.az/article/a-2306.html