Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Səbail rayonunda “Abad həyət” layihəsi uğurla davam edir
04.11.10 17:35

Səbail rayonunda “Abad həyət” layihəsinə əsasən Badamdar qəsəbəsində növbəti həyətin təmiri sona çatıb. Səbail rayon İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, neftçilərin yaşadığı Badamdar yolu 107/109 ünvanda yerləşən 3 binanın yerləşdiyi həyət əsaslı surətdə təmir olunaraq sakinlərin istifadəsinə verilib. Burada uşaqların oynaması üçün əyləncə qurğuları quraşdırılıb, yeni ağaclar əkilib. Həyətlərdə zibil meydançası tikilərək bura yeni konteynerlər qoyulub. Açılış mərasimində Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov iştirak edib. Qeyd edək ki, hazırda Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatının yeni binasının tikintisi başa çatmaq üzrədir. Yaxın günlərdə “Abad həyət” layihəsinin davamı kimi daha bir yeni həyətin abadlaşdırılmasına və qəsəbə mərkəzindəki Heydər Əliyev parkının əsaslı təmirinə başlayacaq.
URL / WWW
http://kelam.az/article/a-2305.html