Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » MŞ-nin sədri Əflatun Amaşov Hollandiyaya yola düşüb
03.11.10 19:17

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XII illik toplantısında iştirak etmək üçün Hollandiyaya yola düşüb. MŞ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, tədbir noyabrın 4-5-də Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçiriləcək. toplantıda alyansa üzv 30-dan artıq ölkənin mətbuat şuralarının hesabatı dinləniləcək, bu qurumların fəaliyyətindəki oxşar və fərqli cəhətlər ətrafında fikir mübadilələri aparılacaq. Azərbaycan MŞ-nin hesabatı və “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın yeni variantı müzakirəyə çıxarılacaq. Tədbirin gündəliyinə vətəndaş-mətbuat münasibətlərinə, plüralizmin inkişafına, mətbuat şuralarının fəaliyyət istiqamətlərinə, onlayn jurnalistikanın cəmiyyətdəki yerinə, internetdə gedəm çateriallarda peşə prinsiplərinin gözlənilməsinə dair diskussiyaların aparılması da daxildir. Qeyd edək ki, sonuncu məsələ ilə bağlı Azərbaycan MŞ-də müzakirələrə başlanılıb və saytların fəaliyyətinə dair bir fakt araşdırılıb. Şura sədri çıxışında bu məsələyə də toxunacaq. Ə.Amaşov səfər çərçivəsində bu ölkədəki Mətbuat Şurasının 50 illik yubileyi mərasiminə də qatılacaq.
URL / WWW
http://kelam.az/article/a-2302.html