Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Erməni deputat: “Serj Sarkisyan Astanada Qarabağla bağlı təklif olunacaq “Yol xəritəs”ni imzalamayacaq”
03.11.10 19:17

Bu gün beynəlxalq ictimaiyyət Qarabağ problemini həll etmək, ardınca Türkiyə-Ermənistan sərhədlərini açmağı özünə hədəf götürüb. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Beynəlxalq əlaqələr komitəsinin rəhbəri Aram Karapetyan bildirib. Onun sözlərinə görə, hazırda Qarabağla bağlı mövcud olan status-kvo beynəlxalq aləmə də sərf etmir. “Dekabrın əvvəlində Astanada baş tutacaq ATƏT sammitində Dağlıq Qarabağla bağlı ciddi danışıqların olması qaçılmazdır. Lakin, orada təklif olunacaq hər-hansı “yol xəritəsi”nə gəlincə, inanmıram ki, prezident Serj Sarkisyan belə tələsik hazırlanan sənədin imzalanmasına razı olsun”,-deyə erməni rəsmisi bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-2299.html