Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “EKO -2010” Gənclər Koalisiyası sorğulara və monitorinqlərə başlayır
03.11.10 19:14

“EKO-2010” Gənclər Koalisiyası sorğulara və monitorinqlərə başlayır. EKO -2010” Gənclər Koalisiyasından KƏLAMİNFO-ya verilən məlumata görə, məqsəd “Ekologiyanın Dostu” Milli Mükafatının sahiblərini müəyyənləşdirməkdir. Bunun üçün Koalisiya ölkə ərazisində fəaliyyət göstərən bütün sahələr üzrə sorğular keçirəcək və monitorinqlər aparacaq. Sorğuların və monitorinqlərin nəticələri məlum olduqda KİV-lər vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. KİV-lər ekologiya haqqında yazdıqları məlumatlara, Televizya və Radio verilişlərində apardıqları ekoloji maarifləndirməyə və s. görə mükafatlandırılacaq. Həmçinin sorğuların və monitorinqlərin nəticəsində Ekologiyamızı korlayanlar, Ekoloji qaydalara əməl etməyənlər də müəyyən olunacaq və onlar “Ekologiyanın Düşmənləri” adlandırılacaq! Monitorinq və sorğuların nəticəsi olaraq Həm “Ekologiyanın Dostları”nı, həm də “Ekologiyanın Düşmənləri”-nin siyahısını KİV nümayəndələrinə və KİV vasitəsi ilə ictimaiyyətə çatdırılacaq.
URL / WWW
http://kelam.az/article/a-2296.html