Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “CTV - Sinema” “Təlatüm” filminin çəkilişlərini başa çatdırıb
03.11.10 19:14

Cənub bölgəsində yerləşən “CTV - Sinema” tərəfindən “Təlatüm” adlı bədii filmin çəkilişləri tamamlanıb, hazırda filmin səsyazma prosesi davam edir. KƏLAMİNFO xəbər verir ki, filmdə iki fərqli insan qrupundan bəhs edilir: birincilər - cəmiyyətdə baş verənlərə dözməyib səsini ucalda bilməyənlər, çıxış yolunu içkiyə qurşanmaqda görənlər, ikincilər isə narkomaniyaya qurşanaraq həyatda özlərini itirənlər, onların ailə dramları, başlarına gələn faciələrdən bəhs olunur. Onlarla bu həyatı yaşamağa məhkum olanlar və inadkarlar, harınlaşmış mənsəb sahiblərinin özbaşınalığı. Hər şeyi özü həll etmək istəyən tək qəhrəman var. Bütün bunlar filmdə əks olunan və bir-birini əvəzləyən dinamik süjet xəttinin əsasını təşkil edir. Qeyd edək ki, film Bəxtiyar Axundovun ssenarisi əsasında çəkilir. Filmin quruluşçu rejissoru Şamil Muradov, operatoru Bəhruz Səmədov, əsas rolun ifaçısı Orxan Cahangirdir. Filmdə 40-a yaxın obraz canlandırılıb. Filmin tam olaraq 2011-ci ilin ikinci yarısında təhvil veriləcəyi gözlənilir. Yaradıcı qrup isə kinosevərlərə bəyan edir ki, bu filmi gözləməyə və izləməyə dəyər!
URL / WWW
http://kelam.az/article/a-2295.html