Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Şair, publisist F.Sadıqın 80 illik yubileyi qeyd ediləcək
03.11.10 19:14

Noyabrın 8-də Gənc Tamaşaçılar Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, publisist əməkdar mədəniyyət işçisi Fikrət Sadıqın 80 illik yubileyi münasibətilə mərasim keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AYB sədrinin müşairi Rauf Aslanov söyləyib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və AYB-nin birgə təşkilatçılığı ilə reallaşacaq. Mərasimdə ölkənin tanınmış ziyalıları, o cümlədən ictimi-siyasi xadimlər iştirak edəcək. Xatırladaq ki, çoxsaylı kitabların müəllifi olan Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. ADU-nun filologiya fakültəsində təhsil alıb. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Əməkdə igidliyə görə” medalı ilə təltif olunub. Prezidentin fəxri təqaüdçüsüdür.
URL / WWW
http://kelam.az/article/a-2293.html