Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Zəvvarlarımızın sanuncu qurupu avtobuslarla Həcc ziyarətinə yola salınıb
04.11.10 02:14

Bu gün səhər Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Azərbaycandan olan zəvvarların sanuncu qurupu avtobuslarla Həcc ziyarətinə yola salınıb. KƏLAMİNFO xəbər verir ki, səhər saat 08:00 radələrində zəvvarlarımız yaxınlarının iştirakı ilə Bakıdan, Hökumət evinin qarşısından sonuncu 22 avtobusla Məkkəyə yola düşüblər. Qeyd edək ki, bütövlükdə iki gün ərizində Azərbaycandan Həcc ziyarətinə nəzərdə tutulan 46 avtobus tam olaraq yola salınıb. Həmçinin bu gün də təyyarə ilə zəvvarların daha bir qrupu Həcc ziyarətinə yola düşəcəklər. Təyyarə ilə gündə bir reys olmaqla zəvvarlarımız noyabr ayının 5 kimi Məkkəyə gedəcəklər. Ümumilikdə bu il Azərbaycandan tam olaraq kvota üzrə Həcc ziyarətinə 2 min nəfər zəvvar yola düşəcək ki, onun da 800 nəfəri təyyarə ilə ziyarətə yola salınacaq.Ziyarətə avtobusla getmək istəyənlər 2500 AZN, təyyarə ilə getmək istəyənlər isə 3500 AZN ödəməli olublar. Azərbaycan zəvvarlarının misiya rəhbəri QMİ-nin sədr müavini Hacı Salman Musayev təyin olunub. Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə təyyarə ilə yola salınan zəvvarlarımız Bakı-Ciddə reysi ilə, avtobusla ziyarətə gedən zəvvarlar isə Gürcüstan, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanı Krallığı marşurutu ilə gedirlər. Xatırladaq ki, bütün müsəlman dünyasında Qurban Bayramı noyabr ayının 16-17-də qeyd ediləcək.
URL / WWW
http://kelam.az/article/a-2292.html