Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » RİTN seçkilərlə bağlı elektron səsvermə sistemi hazırlayıb
02.11.10 16:26

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) parlament seçkilərində ictimai rəyin öyrənilməsi məqsədilə elektron səsvermə sistemi hazırlayıb və bu sistemi işlədə biləcək qeyri-hökumət təşkilatı axtarır. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-nin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyev verib.O, qeyd edib ki, “Elektron səsvermə və ictimai rəyin öyrənilməsi” komponenti vətəndaşların qeydiyyatda olduğu ərazi üzrə Milli Məclisə qeydiyyata alınmış namizədlərə elektron səsvermənin keçirilməsinə imkan verir. “Seçiləcək QHT səsvermə günü komponentin fəaliyyətini təşkil edəcək. İnternet saytda elektron səsvermə zamanı vətəndaş şəxsiyyət vərəqəsindəki PİN koddan istifadə edəcək Vətəndaşlar yalnız qeydiyyatda olduğu dairə üçün səs verə bilər. Səsvermədə yalnız seçki yaşına çatmış vətəndaşlar iştirak edə bilərlər. Bir nəfər-bir səs prinsipi təmin edilir. Bu səsvermə ictimai rəyin öyrənilməsi məqsədilə aparılır, heç bir hüquqi əsası yoxdur. Bu, bir növ “exit-poll”u xatırladır, amma ondan fərqli cəhətləri var”,-deyə İ.Əliyev bildirib.
URL / WWW
http://kelam.az/article/a-2290.html