Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Oqtay Şirəliyev Zaqatalada yeni xəstəxananın açılışında olub
02.11.10 16:26

Zaqatala rayonu Muxax kəndində səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Zaqatala Vərəm Xəstəxanasının açılış mərasimi olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Bakterioloji və klinik laboratoriyadan ibarət olan 2 mərtəbəli, 50 çarpayılıq xəstəxana tam olaraq müasir tibbi avadanlıqlarla, bərk və müasir inventarlarla təmin olunub. Mərkəzləşdirilmiş istilik və qida sistemi habelə hər mərtəbədə xüsusi mətbəx, camaşırxana, qazanxana və s. müalicə alacaq xəstələrin müalicəsinin effektivliyinə müsbət təsir göstərəcək. 115 min nəfər yerli əhali üçün nəzərdə tutulmuş xəstəxanada rentgen, fizioterapiya, bronxoskopiya otaqları həmçinin xəstələrin tibbi personalla əlaqə yaratması üçün xüsusi pult sistemi də quraşdırılıb.
URL / WWW
http://kelam.az/article/a-2289.html