Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Gənclər ekoloji inkişaf uğrunda” adlı Beynəlxalq konfrans keçiriləcək
03.11.10 02:25

Bakıda noyabrın 11-12-də Gənclər və İdman Nazirliyi (GİN), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), Milli Elmlər Akademiyasının və BMT-nin Uşaq Fondunun (UNİCEF) təşəbbüsü ilə “Gənclər ekoloji inkişaf uğrunda” şüarı altında Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. Konfrans Ekologiya İli çərçivəsində, eyni zamanda 2010-cu ilin BMT tərəfindən Beynəlxalq Gənclər İli kimi elan edilməsi, bununla yanaşı MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının 2010-cu il üçün nəzərdə tutulmuş İş Planına müvafiq olaraq keçirilir. Tədbirdə ABŞ, Almaniya, Avstriya, İsveçrə, Kazaxstan, Pakistan, Rusiya, Tacikistan, Türkiyyə və başqa xarici ölkələrdən olan gənc alimlər, tədqiqatçılar, istehsal şirkətlərinin tədqiqatçı-mütəxəssisləri, müvafiq ixtisaslar üzrə magistr və ali məktəb tələbələri, eləcə də ekologiya sahəsində işləyən QHT nümayəndələri iştirak edəcək. Konfransın işində UNİCEF-in İqlim üzrə Gənc səfirləri də iştirak edəcək. Ümumilikdə, konfransda 200-ə yaxın alim və gənclərin iştirakı gözlənilir. İki gün davam edəcək konfransın proqramına plenar iclas, ekoloji hüquq və təhlükəsizlik; elmdə ekoloji innovasiyalar, ekoloji təhsil və maarifləndirmə, ekoloji təfəkkürün formalaşması, cəmiyyət seksiyalarında məruzə, müzakirələr, konfransın yekün qətnaməsinin qəbul olunması, alimlərin və ekspertlərin məktəblər, universitetlər çərçivəsində şagirdlər və tələbələr üçün mühazirələri daxildir.
URL / WWW
http://kelam.az/article/a-2287.html